Operativ Məlumat Mərkəzi

Türkiyə səhiyyə nazirinin müavini FHN-in mobil səhra hospitalında olub

2 dəq
Paylaş:
Türkiyə səhiyyə nazirinin müavini FHN-in mobil səhra hospitalında olub

Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, bu gün Türkiyə Respublikası səhiyyə nazirinin müavini Tolqa Tolunay və Tibb rəisinin müavini general-mayor Durmuş Aydemir FHN-in mobil səhra hospitalında olub, burada yaradılmış şəraitlə, həmçinin hospitalda müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıblar.

T.Tolunay və D.Aydemir hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax