Operativ Məlumat Mərkəzi

Türkiyə prezidenti Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində kömək etməyə hazırdır

2 dəq
Paylaş:
Türkiyə prezidenti Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində kömək etməyə hazırdır

prezidenti Rəcəb Tayyib ilə Rusiya arasında əsir mübadiləsi məsələlərinin həllinə və Qara dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsinə kömək etməyə hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyə lideri bu barədə İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən birgə konfransında danışıb.

“Bir neçə vacib aspekt var: bunlar ərzaq təhlükəsizliyi, əsir mübadiləsi və Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsidir. Bizə elə gəlir ki, Türkiyənin bununla bağlı imkanları var və biz bunu etməliyik. Biz dialoq üzrə tərəfdaşlarımızla təmaslarda bu mövzulara müəyyən müsbət yanaşmalar görürük, ona görə də ümidimizin olmadığını söyləmək olmaz”, - deyə Ərdoğan bildirib.

O, həmçinin qeyd edib ki, Zelenski taxıl göndərmək üçün istifadə edilən limanların təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax