Operativ Məlumat Mərkəzi

Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəmiryolu xəttinin təməli qoyulub

2 dəq
Paylaş:
Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəmiryolu xəttinin təməli qoyulub

İğdır şəhərində Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır--Dilucu dəmiryolu xəttinin təməli qoyulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qeyd edək ki, layihə üçün Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib. Bu xətt 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşası nəzərdə tutulur.

Xatırladaq ki, Türkiyənin və infrastruktur naziri Abdulkadir Uraloğlu bir neçə gün əvvəl bu barədə açıqlama verərək sözügedən xəttin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini vurğulayıb. O, yolun həm Türkiyənin logistika imkanlarını artıracağını, həm də Asiyaya uzanan ticarət yollarında ölkənin adası olaraq geostrateji mövqeyini möhkəmləndirəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax