Operativ Məlumat Mərkəzi

“Turan Tovuz” - “Neftçi” oyununda qalib müəyyənləşməyib

1 dəq
Paylaş:
“Turan Tovuz” - “Neftçi” oyununda qalib müəyyənləşməyib

üzrə Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Neftçi”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 45-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Filip Ozobiç açıb. Meydan sahiblərinin qolunu isə 54-cü dəqiqədə Aleks Souza vurub.

Bu nəticədən sonra xallarını 32-yə Qərb təmsilçisi 3-cü, aktivinə 17-ci xalı əlavə edən Bakı klubu isə 7-ci sırada qərarlaşıb.

Günün son matçında “Səbail” “ASCO Arena”da “Zirə”ni qəbul edəcək. Saat 18:30-da start götürəcək oyunun baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. Hazırda “qartallar” 27 4-cü, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cudur.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” və “Sumqayıt” komandaları qolsuz heç-heçəyə razılaşıblar. İlin son turuna dekabrın 22-də keçiriləcək “” - “Sabah” və “” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax