Əsas məzmuna keç

Tramp Asiya turu çərçivəsində Kim Çen Inlə görüşə hazır olduğunu açıqlayıb

Tramp Asiya turu çərçivəsində Kim Çen Inlə görüşə hazır olduğunu açıqlayıb

Amerika lideri bunu təyyarəsində jurnalistlərlə söhbətində bildirib. “Mən buna tamamilə hazıram. Onunla münasibətlərim yaxşıdır”, – Tramp vurğulayıb. Ağ...

ABŞ prezidenti bəyan edib ki, Asiya turu zamanı Kim Çen Inlə görüş keçirməyə tam açıqdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Amerika lideri bunu təyyarəsində jurnalistlərlə söhbətində bildirib.

“Mən buna tamamilə hazıram. Onunla münasibətlərim yaxşıdır”, – Tramp vurğulayıb.

Ağ Evin katibi Kerolayn Livittin açıqlamasına görə, Tramp səfər çərçivəsində Malayziya, Yaponiya və Cənubi Koreyaya baş çəkəcək. O, təkcə ikitərəfli danışıqlar deyil, həm də ASEAN və APEC xətti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Oktyabrın 30-da isə Cənubi Koreyada Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqların keçirilməsi planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…