Operativ Məlumat Mərkəzi

“Tofaş”la avtoxuliqanlıq edən sürücü həbs edilib

1 dəq
Paylaş:
“Tofaş”la avtoxuliqanlıq edən sürücü həbs edilib

Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində hüququ olmadan hərəkətləri ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən məlumat verilib.

T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax