Operativ Məlumat Mərkəzi

Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları dekabrın 30-da vətənə göndəriləcəklər

2 dəq
Paylaş:
Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları dekabrın 30-da vətənə göndəriləcəklər
bu barədə “24.kz” telekanalı məlumat yayıb. Bildirilib ki, onların vəziyyəti sabit qiymətləndirilir. Həmçinin vəziyyəti ağır qiymətləndirilən 26 yaşlı...

Qazaxıstanın yaxınlığında AZAL-a sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan iki vətəndaşı dekabrın 30-da vətənə göndəriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “24.kz” telekanalı məlumat yayıb.

Bildirilib ki, onların vəziyyəti qiymətləndirilir. Həmçinin vəziyyəti ağır qiymətləndirilən 26 yaşlı Rinat Asanovun təxliyəsi məsələsi də nəzərdən keçirilir. Təyyarədə cəmi üç Qırğızıstan vətəndaşı olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, qəza təyyarənin Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalması nəticəsində baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax