Əsas məzmuna keç

Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb

Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb

Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə...

Tərtərdə qəzaya düşüb, körpə ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov almış olduğu bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci ( və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…