Operativ Məlumat Mərkəzi

Tehran ABŞ-nin danışıqları yenidən başlamaq istəyi haqqında məlumat alıb

1 dəq
Paylaş:
Tehran ABŞ-nin danışıqları yenidən başlamaq istəyi haqqında məlumat alıb

üçüncü tərəflərin vasitəçiliyi ilə ABŞ-nin İranla danışıqlara yenidən başlamaq haqqında məlumat alıb, lakin bunun üçün gələcəkdə İslam Respublikasına hücum edilməməsini təmin etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın nazirinin müavini Məcid Təxti Rəvançi bildirib.

"Tramp hökuməti üçüncü tərəflərin vasitəsilə İrana danışıqlara qayıtmaq istədiyini bildirib, lakin danışıqlar zamanı İrana gələcək hücumlar kimi çox vacib məsələ barədə mövqeyinə aydınlıq gətirməyib", - o qeyd edib.

Nazir müavini deyib ki, ABŞ danışıqlara yenidən başlamaq istəyirsə, gələcəkdə İrana hücum edilməməsini təmin etməlidir. Mümkün danışıqların tarixi hələ müəyyən edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax