Operativ Məlumat Mərkəzi

TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək

2 dəq
Paylaş:
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
Türk Dövlətləri Təşkilatının (TDT) bu il noyabrın 6-da Bişkekdə keçiriləcək sammiti “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı...

Təşkilatının (TDT) bu il noyabrın 6-da Bişkekdə keçiriləcək sammiti “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, gələcək və hamı üçün ” şüarı altında keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, TDT ölkələrinin liderləri iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, və təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin təşkilatın əsas layihələri ilə bağlı qərarlar qəbul edəcək və müvafiq sənədlər imzalayacaqlar.

Bundan başqa, TDT-yə üzv olan ölkələrin liderlərinin regionda baş verən iqtisadi və siyasi prosesləri müzakirə edəcəkləri, türk dünyasının birliyi və inkişafının daha da möhkəmləndirilməsi üzrə tədbirlərlə bağlı fikir mübadiləsi aparacaqları gözlənilir.

Sammitin sonunda təşkilata Qazaxıstandan Qırğızıstana keçəcək.

Tədbirin yekunları üzrə dövlət başçıları Bişkek Bəyannaməsini imzalayacaqlar.

Bundan əlavə, Bişkekdə liderlərin sammiti ərəfəsində gündəliyə daxil olan məsələlərin və dövlət başçıları tərəfindən imzalanacaq sənədlərin razılaşdırılması üçün təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax