Operativ Məlumat Mərkəzi

Tarif bahalaşmasından sonra istilik sistemlərinin yoxlanışına başlanılır

2 dəq
Paylaş:
Tarif bahalaşmasından sonra istilik sistemlərinin yoxlanışına başlanılır

Avqustun 5-də Xətai rayonunun bir sıra ərazilərindəki yaşayış binalarının sistemləri sınaq yoxlanışından keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.

Bildirilib ki, sınaq 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində keçiriləcək.

Sözügedən ünvanlar aşağıdakılardır:

İnqilab İsmayılov küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22, 24, 26, 28, 30, 44, 46, 50, 52, 56 və 58 nömrəli ;

Şıxlınski küçəsində 13, 15, 19, 21, 23 (yataqxana), 25, 37, 39, 39a, 39b, 47,49,51(yataqxana),57 və 59 nömrəli binalar ;

General Mehmandarov küçəsində 20a, 20b, 22a, 22b, 26a, 26b, 28a, 28b, 42, 44, 46, 48, 50, 52, 54, 66, 68, 70, 72, 74, 76, 80, 82, 84, 90, 92, 94, 96, 98 və 100 nömrəli binalar;

Nəsrəddin Tusi küçəsində 22, 24, 26 və 28 nömrəli binalar;

Məhəmməd Hadi küçəsində 92 və 92a nömrəli binalar, eləcə də 48 saylı .

Bu ünvanlarda baş verə biləcək su axıntısının qarşısının əvvəlcədən alınması məqsədi ilə mənzildaxili istilik sistemlərinə nəzarət olunmasını tövsiyə edilib. Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal müəssisənin 956 nömrəli “Çağrı mərkəzi”nə, əraziyə xidmət yerli idarələrə (İstilik Sistemləri İstismarı Sahələri) və ya binaya xidmət göstərən MKİS-ə məlumat verilməsi xahiş olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanda istilik tarifləri artırılıb. Belə ki, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax