Operativ Məlumat Mərkəzi

Tacikistan Qazaxıstana yarım milyard kubmetr su ötürüb

1 dəq
Paylaş:
Tacikistan Qazaxıstana yarım milyard kubmetr su ötürüb

Tacikistandan kənd təsərrüfatı torpaqlarının suvarılması üçün 500 milyon su alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstanın Su Təsərrüfatı və Suvarma Nazirliyinin saytında bildirilib.

İyunun 1-dən Dostıq dövlətlərarası kanalı vasitəsilə Qazaxıstana 488,6 milyon kubmetr su göndərib. Bu, ötən illə müqayisədə 40 milyon kubmetr çoxdur.

Bildirilib ki, bu yaxınlarda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Tacikistana səfər edib və ilə ikitərəfli görüşlər keçirib. Tərəflər digər məsələlərlə yanaşı, su sektorunda əməkdaşlığı müzakirə ediblər.

Tokayevin Tacikistana səfəri zamanı iki Mərkəzi Asiya ölkəsi arasında onların müttəfiq statusunu müəyyən edən saziş də imzalanıb. Saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax