Əsas məzmuna keç

Şuşaya növbəti köç baş tutub - FOTO

Şuşaya növbəti köç baş tutub - FOTO

27 ailə olmaqla, 91 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi,...

Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük proqramı çərçivəsində keçmiş köçkünlərin şəhərinə qayıdışı davam edir. Sentyabrın 7-də səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç Şuşa şəhərinə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 27 ailə olmaqla, 91 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Şuşa şəhərində 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…