Operativ Məlumat Mərkəzi

Şuşadakı bu Kompleks müqavilə əsasında idarəetməyə verildi

2 dəq
Paylaş:
Şuşadakı bu Kompleks müqavilə əsasında idarəetməyə verildi
bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və İqtisadiyyat Nazirliyinin balansında olan Şuşa...

Otel- Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşa şəhərində və İqtisadiyyat Nazirliyinin balansında olan Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilib.

Nazirlər Kabinetinə Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin idarəetməyə verilməsi ilə bağlı müqavilənin İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etmək, Sərəncamda nəzərdə tutulmuş müqavilə bağlanıldıqdan sonra onu təsdiq etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax