Operativ Məlumat Mərkəzi

Şuşada 3 hərbçimiz minaya düşüb

2 dəq
Paylaş:
Şuşada 3 hərbçimiz minaya düşüb

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun kəndi istiqamətindəki torpaq yolda tərəfindən növbəti təxribat törədilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax