Əsas məzmuna keç

Sürücünü bıçaqla hədələyib, pulunu oğurladılar

Sürücünü bıçaqla hədələyib, pulunu oğurladılar

Sumqayıtda sərnişinlər sürücüyə qarşı quldurluq edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat xidmətindən bildirilib. Belə ki, fevralın...

Sumqayıtda sərnişinlər sürücüyə qarşı edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, fevralın 20-də saat 22 radələrində şəhərinin 17-ci mikrorayon ərazisində şəhər sakini M.Hümbətovun idarə etdiyi “Khazar” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücünü bıçaqla hədələyərək 215 manatını, mobil telefonunu və avtomobilini quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakinləri Ayşət Tağıyev və məhkum olunmuş Ramin müəyyən olunaraq saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…