Operativ Məlumat Mərkəzi

Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

2 dəq
Paylaş:
Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Cari ilin 14 may tarixində Suriya Ərəb Respublikasından Azərbaycana repatriasiyası həyata keçirilən 8 vətəndaşının hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili () Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.

"Onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb. Aparatın nümayəndələrinə sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və aparılması nəzərdə tutulan işlər barədə məlumat verilib", - Ombudsman Aparatının məlumatında bildirilib.

Qeyd edilib ki, Suriyadakı vətəndaşların Azərbaycana qaytarılması ilə bağlı Ombudsmana müraciətlər diqqətdə saxlanılır. Həmin şəxslərin hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə səlahiyyətli dövlət qurumları ilə şəkildə fəaliyyət davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax