Əsas məzmuna keç

Suriyadan ana və dörd övladı Azərbaycana repatriasiya edilib

Suriyadan ana və dörd övladı Azərbaycana repatriasiya edilib

Yanvarın 12-i Suriya Ərəb Respublikasından daha 5 nəfər Azərbaycan Respublikası vətəndaşının (ana və 4 övladı) ölkəmizə repatriasiyası həyata keçirilib.Bu...

ru

Yanvarın 12-i Ərəb Respublikasından daha 5 nəfər Respublikası vətəndaşının (ana və 4 övladı) ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilin xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…