Əsas məzmuna keç

Sumqayıtda yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb

Sumqayıtda yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb

Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Yerüstü...

Vağzalının qarşısında yeni mübadilə mərkəzi yaradılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib.

Ərazidənişanlanma işləri həyata keçirilib, nişanlar quraşdırılıb.

Dəmir yolu vağzalının qarşısında minik avtomobillərinin xaotik parklanmasının qarşısının alınması üçün yeni parklanma yerləri yaradılıb.

Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.

Hazırda Sumqayıt Dəmiryol Vağzalında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərir. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək əlavə marşrutların təşkili də nəzərdə tutulub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…