Əsas məzmuna keç

Sumqayıtda sursat tapılıb

Sumqayıtda sursat tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” telefon xəttinə Sumqayıt şəhəri, Kimyçılar qəsəbəsi ərazisində edilməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd OF350 76 mm-lik yivli top mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…