Operativ Məlumat Mərkəzi

Sumqayıtda mağazada yanğın baş verib

2 dəq
Paylaş:
Sumqayıtda mağazada yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə şəhərində çoxmərtəbəli binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 300 olan mağazada metal qablarda yığılmış boyalar 120 kvadratmetr sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. Bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax