Əsas məzmuna keç

Süleyman Soylu Kəmaləddin Heydərova zəng edib dəstək istədi

Süleyman Soylu Kəmaləddin Heydərova zəng edib dəstək istədi

S.Soylu zəlzələ olan bölgə üçün çadıra ehtiyac olduğunu bildirib: “Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy...

Türkiyənin daxili işlər naziri fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla əlaqə saxlayaraq ondan yardım istəyib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, S.Soylu zəlzələ olan bölgə üçün çadıra ehtiyac olduğunu bildirib:

“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərərsən, minnətdar olaram. Burada böyük birlik var, zamanla yarışıb millətimiz qarşısında utanmadan xidmətdə olacağıq. Allah hamınızdan razı olsun”.

Qeyd edək ki, İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına məqsədilə Fövqəladə Hallar Nazirliyinin humanitar yardımları qardaş ölkəyə yola salınıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…