Əsas məzmuna keç

Sudanda bazar atəşə tutulub

Sudanda bazar atəşə tutulub

Sudanın paytaxtı Xartumda bazara mərminin düşməsi nəticəsində 20-dən çox insan ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkədəki qeyri-hökumət təşkilatı olan Demokratiya Tərəfdarı Hüquqşünaslar Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu hadisə ordu rəisi əl-Burhan və onun Dəstək Qüvvələrinə (RSF) komandanlıq edən keçmiş müavini Məhəmməd Həmdan Daqlo qüvvələri arasında aprel ayından bəri baş verən döyüşlərdə sonuncu qan tökülməsidir.

Açıqlamada iki tərəf arasında intensiv atışma zamanı mərmilərin bazarına düşdüyü bildirilib. Omdurman dəfələrlə iki tərəf arasında şiddətli döyüşlərin meydanı olub.

Döyüşlərin böyük hissəsi Darfurun qərb bölgəsində aparılsa da, şahidlərin sözlərinə görə, paytaxt Xartumun cənubundakı ərazilərə də yayılıb.

Yerli qurumların hesablamalarına əsasən, indiyədək Sudan münaqişəsində 10 mindən çox insan həlak olub.

Təşkilatının məlumatına görə, müharibə təxminən 5,5 milyon insanın həm Sudan daxilində, həm də sərhədləri aşaraq qaçmasına səbəb olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…