Operativ Məlumat Mərkəzi

“Space TV”yə xəbərdarlıq edilib

3 dəq
Paylaş:
“Space TV”yə xəbərdarlıq edilib

Şurasının növbəti iclası keçirilib. İclasda 2025-ci il oktyabrın 8-də, saat 22.06-23.09 arası "Space TV" kanalının efirində yayımlanan "Banu" proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Audiovizual Şuradan məlumat verilib.

Müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailə rifahının və sosial dəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatların mühüm nəticələrindən biri kimi 1 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş " Respublikasının Ailə Məcəlləsinə" arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib: "Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən yaxın qohumlar arasında baş tutan toy məclisinin "Space TV" kanalında nümayişi faktı müəyyən olunmuşdur. Daha sonra məsələnin ətraflı araşdırılması məqsədilə kanala sorğu ünvanlanmışdır. Sorğuya verilən rəsmi cavaba əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06 mart 2025-ci il tarixdə qeydə alınmışdır) baş tutmuşdur. Lakin bir neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında verilib.

İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və proqramın 8 oktyabr 2025-ci il tarixli buraxılışında yuxarıda qeyd olunan yeni qanunvericilik tələblərinin pozuntusunun baş verdiyi qənaətinə gəlinmiş, bu hal redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasının təzahürü hesab edilmişdir. Sonda, yayımçıya göndərilmiş sorğuya cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "Space TV" kanalına yalnız edilməsi barədə razılığa gəliblər.

Audiovizual Şura bütün yayımçılardan proqramlarda qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edir, monitorinq və nəzarət tədbirlərinin davam edəcəyini bildirir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax