Operativ Məlumat Mərkəzi

Sosial şəbəkədə narkotik alan şəxs saxlanılıb

2 dəq
Paylaş:
Sosial şəbəkədə narkotik alan şəxs saxlanılıb

Sosial şəbəkədə əcnəbi narkotacirdən narkotik alan şəxs saxlanılıb.

Bu barədə"Operativ Məlumat Mərkəzi - OMM"-ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan Ucar rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Ağası Cavadovun saxlanılması istiqamətində qurulub.

Sifariş etdiyi narkotik vasitəni əldə etdikdən sonra sərnişin qismində taksilərin birinə əyləşən A.Cavadov daha sonra onların arxasınca polis əməkdaşlarının gəldiyini görüb və hərəkətdə olan vasitəsinin arxa sağ şüşəsindən həmin narkotik vasitələri yolun kənarına atıb. Lakin polis əməkdaşları taksini saxlayaraq sonuncunun qaçmasının qarşısını alıblar.

Bundan sonra isə yol kənarına atılan sellofan torba həmin ərazidən götürülüb və içərisindən təmiz çəkisi 1 kiloqram 240 qram heroin aşkarlanıb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində başlanılıb, rayon məhkəməsinin qərarı ilə A.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax