Operativ Məlumat Mərkəzi

Slovakiya Baş nazirinin müavini: Fitsonun həyati təhlükəsi yoxdur - YENİLƏNİB

1 dəq
Paylaş:
Slovakiya Baş nazirinin müavini: Fitsonun həyati təhlükəsi yoxdur - YENİLƏNİB

“Slovakiya Respublikasının Fitsonun həyati təhlükəsi yoxdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “BBC”yə Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomas Taraba deyib.

O, Robert Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib: “Düşünürəm ki, o, sonunda sağ qalacaq. Hazırda onun üçün təhlükə yoxdur”.

***

Sui-qəsd nəticəsində yaralanmış Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TA3” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir, şüurludur və həkimlərlə danışır.

Xatırladaq ki, bu gün Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax