Əsas məzmuna keç

Şimali Koreya bu ilin ilk raket buraxılışını həyata keçirib

Şimali Koreya bu ilin ilk raket buraxılışını həyata keçirib

buraxıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Sahil Mühafizəsi məlumat yayıb.

Rəsmilər bölgədəki gəmiləri raket qalıqları aşkar edərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə saxlamağa çağırıb.

Bu, Pxenyanın 2025-ci ildə ilk raket buraxılışıdır.

NHK telekanalı xəbər yayıb ki, KXDR tərəfindən buraxılan raket Yaponiyanın xüsusi iqtisadi zonasından kənara düşüb.

Pxenyanın raket buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün Yaponiyanın baş naziri Siqeru İsibanın ofisində böhran qərargahı işə başlayıb.

İsiba həmçinin aidiyyəti nazirlik və idarələrə vəziyyətlə bağlı yerli əhalini operativ şəkildə məlumatlandırmağı, regionda gəmiçilik və mülki aviasiyanın təhlükəsizliyini təmin etməyi tapşırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…