Operativ Məlumat Mərkəzi

Si Cinpin və Cozef Bayden San-Fransiskoda görüşüb

2 dəq
Paylaş:
Si Cinpin və Cozef Bayden San-Fransiskoda görüşüb

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti arasında aparılan danışıqlar başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Evin xidmətinin yaydığı məlumatda deyilir.

“Çin və ABŞ arasındakı qarşıdurmanın hamı üçün dözülməz nəticələri olacaq”-deyən Çin lideri bildirib ki, iki böyük dövlət prinsip etibarı ilə qarşılıqlı əlaqəni dayandıra bilməz:

“Və bir-birini dəyişdirməyə çalışmaq qeyri-mümkündür. Pekin və Vaşinqton bir-birinə hörmət göstərsələr, sülhə və qarşılıqlı faydalı əməkdaşlığa can atsalar, fikir ayrılıqlarını aradan qaldıra bilərlər”.

O, həmçinin mədəniyyət fərqlərinə, iki dövlətin spesifik sosial-iqtisadi inkişafına baxmayaraq, Çin- münasibətlərinin uğurlu gələcəyinə əminliyini ifadə edib.

Amerika lideri isə Si Cinpinlə görüşü vacib və mühüm hesab edib: “Üz-üzə ünsiyyəti heç nə əvəz edə bilməz. Mən həmişə əlaqələrimizi birbaşa və səmimi hesab etmişəm. Biz həmişə nədəsə razılaşmasaq da, görüşlərimiz səmimi, açıq və faydalı olub”.

Amerika liderinin sözlərinə görə, o, Çin Xalq Respublikası sədrinin sözlərinin səmimiliyinə heç vaxt şübhə etməyib:

“Mən ünsiyyətimizi yüksək qiymətləndirirəm. Çünki iki lider olaraq bir-birimizi aydın başa düşməyimiz və anlaşılmazlıqlardan qaçmağımız son dərəcə vacibdir. Bizim ümumi rəhbərliyimizi tələb edən kritik çağırışlar var. Bu gün biz real irəliləyiş əldə etdik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax