Operativ Məlumat Mərkəzi

SHXÇDX-nin cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib

2 dəq
Paylaş:
SHXÇDX-nin cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) tətbiq etdiyi cərimələrdən və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar imzalayıb.

Qayda “Hərbi vəzifə və hərbi haqqında” qanunun 49.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və SHXÇDX-də xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə Xidmətin xəzinə hesabına köçürülən cərimələrdən (bundan sonra – vəsait) istifadə qaydasını müəyyən edir.

Büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Xidmətin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.

Büdcədənkənar vəsait yuxarıda adıçəkilən qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Xidmət tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hesabına formalaşdırılır.

Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Xidmət üçün xüsusi xəzinə hesabı açılır.

Büdcədənkənar vəsaitin yığılması və istifadəsi gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax