Operativ Məlumat Mərkəzi

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

2 dəq
Paylaş:
Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

SİMA-nın biometriya texnologiyası müəllimlərin sertifikatlaşdırılması imtahanlarında edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 19-25 iyun tarixlərində keçirilən imtahanlarda iştirakçıların şəxsiyyətinin dəqiqliklə müəyyən olunması məqsədilə SİMA-nın KYC (Müştərini Tanı) həllindən istifadə olunub.

Belə ki, imtahana gələn müəllimlərin kimliyinin yoxlanılması prosesi SİMA-nın üztanıma texnologiyası əsasında həyata keçirilib. Bu yanaşma prosesin daha formada idarə edilməsinə imkan yaradıb.

İmtahana qatılan 23 434 nəfərdən təxminən 16 minə yaxın müəllimin şəxsiyyəti “SİMA KYC” ilə uğurla identifikasiya olunub və ümumilikdə proses uğurla yekunlaşıb. SİMA-nın KYC texnologiyası imtahan prosesində və şəffaflığı təmin etməklə yanaşı, rəqəmsal həllərin təhsil sahəsində də uğurla tətbiq oluna biləcəyini nümayiş etdirib.

“SİMA KYC” haqqında

“SİMA KYC” real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılmış bu həlli 20-dən çox qurum öz xidmətlərində tətbiq edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.

Ətraflı məlumat üçün:

- 157 Çağırı Mərkəzi

- sima.az

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax