Operativ Məlumat Mərkəzi

Səlim Müslümova hökm oxundu

2 dəq
Paylaş:
Səlim Müslümova hökm oxundu

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzrə məhkəmə istintaqı başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda prokuror nitqi ilə çıxış edib.

Prokuror Səlim Müslümovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, mənimsəmədə və rüşvət almaqda təqsrili bilinməklə 13 il həbs cəzası tələb edilməsini, lakin dəymiş ziyanın əksər hissəsinin ödənilməsi ilə bağlı cəzanın şərti hesab edilməsini tələb edib.

Hökmə əsasən S. ittiham edildiyi maddələrlə təqsirli bilinib. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin həmin cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. S. Müslümov iş üzrə dövlətə dəymiş 27 ziyanın 20 milyonluq hissəsini ödəyib. İsrafetmə epozodu ilə bağlı isə ayrıca cinayət işi başlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax