Operativ Məlumat Mərkəzi

Şəkidə 7 otaqlı evdə yanğın olub

1 dəq
Paylaş:
Şəkidə 7 otaqlı evdə yanğın olub

Şəkidə 7 otaqlı evdə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərinin Oxud kəndində bir-birinə ümumi sahəsi 640 m² (hər mərtəbəsi 320 m²) olan ikimərtəbəli 7 otaqlı , sahəsi 60 m² olan talvarın, sahəsi 120 m² tövlənin kosntruksiyaları, tövlənin damında və talvarın altında 14 ton ot bağlaması, 400 kiloqram yem yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tövlənin içərisində olan 3 baş iribuynuzlu və 19 baş xırdabuynuzlu heyvan təhlükəsiz əraziyə çıxarılıb.

Evə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax