Operativ Məlumat Mərkəzi

Səhiyyə Nazirliyinin radiosu fəaliyyətə başlayır

1 dəq
Paylaş:
Səhiyyə Nazirliyinin radiosu fəaliyyətə başlayır
Cari ilin iyunun üçündən etibarən Səhiyyə Nazirliyinin radiosu fəaliyyətə başlayır. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat...

ilin iyunun üçündən Səhiyyə Nazirliyinin radiosu fəaliyyətə başlayır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Radio” adı ilə 93.0 FM tezlikdə yayımlanacaq.

Səhiyyə Nazirliyinin dəstəyi ilə yayımlanacaq radioda həftə içi 5 gün saat 8.00-dan 10.00-dək “Sağlam səhər”, saat 18.00-dan 20.00-dək “Sağlam ” verilişləri efirdə olacaq. Bu verilişlərdə Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər.

"Ölkə və dünyada səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan “Sağlam Xəbərlər”dən eşidəcəksiniz. “Sağlam Radio”nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq etməkdir", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax