Operativ Məlumat Mərkəzi

Səhiyyə Nazirliyi Füzulidə əhalinin tibbi müayinələrini təşkil edib

1 dəq
Paylaş:
Səhiyyə Nazirliyi Füzulidə əhalinin tibbi müayinələrini təşkil edib

Elmi- Travmatologiya və Ortopediya İnstitutunun tibb tərəfindən Füzuli şəhərində sakinlərin müayinələri aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, aksiyanın məqsədi Füzuli rayonunda vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, onlarda zədələrin, qırıq və çıxıqların diaqnostikası və aşkarlanması, travmalar nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün dərhal müdaxilə və müalicə tədbirlərinin təmin edilməsidir.

Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb.

Aksiya zamanı 100-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax