Operativ Məlumat Mərkəzi

Saxta iş təklifləri ilə bağlı XƏBƏRDARLIQ

1 dəq
Paylaş:
Saxta iş təklifləri ilə bağlı XƏBƏRDARLIQ

Son sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə teleqram vasitəsilə “ 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.

Elektron Xidmətindən (ETX) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, “Temu iş təklifi” adı altında təqdim edilən bu dələduzluq xarakteri daşıyır.

Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini keçirirlər.

ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax