Operativ Məlumat Mərkəzi

Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq

2 dəq
Paylaş:
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq

Prezidenti Şavkat Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda "Özbəkistan" parkını açacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib.

" Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə başlayıb. Səfər çərçivəsində dövlət başçımız Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək", - məlumatda deyilir.

Onun sözlərinə görə, bu gün Bakıda və Özbəkistan liderləri Ali Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcək, həmçinin "Özbəkistan" parkının təməlini qoyacaq və Özbəkistanın Bakıdakı səfirliyinin yeni binasını açacaqlar.

"Sabah prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev Azərbaycanın Qarabağ regionunda ünsiyyətlərini davam etdirəcəklər, burada Xankəndidəki birgə tikiş fabrikinə və Ağdam şəhərindəki "İmarət" tarixi-memarlıq kompleksinə baş çəkəcəklər. Səfərə hazırlıq çərçivəsində sənaye əməkdaşlığı üzrə böyük bir sazişlər paketi formalaşdırılıb", - deyə o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax