Operativ Məlumat Mərkəzi

Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

2 dəq
Paylaş:
Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Belarusla oyunda heyətdə dəyişiklik edəcəyik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri millisinin Fernandu Santuş Belarusla keçiriləcək yoldaşlıq görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Sabahkı matçda bir neçə oyunçunun şans qazana biləcəyini söyləyən baş məşqçisi əlavə edib: "Səbuhi Abdullazadə də onlardan biridir. Nəzərə almaq lazımdır ki, iki dəfə dalbadal oynamaq heç də asan deyil. Buna görə də heyətdə dəyişiklik etmək qərarına gəldik. Bəzi futbolçulara . Qapıda kimin dayanacağına isə məşqdən sonra qərar verəcəyik".

Azərbaycan millisində çatışmazlıqlardan bəhs edən portuqaliyalı mütəxəssis deyib: "Hücumda bəzi problemlər var. Müdafiə baxımından da çatışmazlıq gözlə görüləndir. Əgər yüksək nəticə əldə etmək istəyiriksə, daha aqressiv oynamalıyıq. Qələbəyə inanmalı və qol imkanlarından maksimum dərəcədə istifadə etməliyik".

Qeyd edək ki, martın 25-də Masazırda “Bank Respublika Arena”da təşkil olunacaq Azərbaycan-Belarus qarşılaşması saat 21:45-də başlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax