Operativ Məlumat Mərkəzi

Şamil Ayrım Prezident İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
Şamil Ayrım Prezident İlham Əliyevi təbrik edib

Böyük Millət Məclisinin deputatı, Türkiyə- parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizi səmimiyyətlə təbrik edir, Sizə və ailənizə cansağlığı, uzun ömür, xoşbəxtlik və rifah arzulayıram.

Zati-alinizin Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi təkcə qardaş Azərbaycan xalqı üçün deyil, həm də Türkiyə xalqı üçün böyük qürur və şərəf mənbəyi olmuşdur.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla birlikdə həyata keçirdiyiniz ortaq ideallar və uğurlu bizə gələcək üçün böyük ümid və ruh yüksəkliyi verir.

Sizin Qafqazda sülhün memarı kimi humanist və müdrik siyasətinizlə bütün dünyaya nümunəvi liderlik göstərdiyinizi böyük heyranlıqla izləyirik.

Qardaş Azərbaycanın bütün məqsədlərinə uğurla çatacağı ümidi ilə qarşıdan gələn Yeni il münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax