Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfər edib

2 dəq
Paylaş:
Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament MDB Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün noyabrın 15-də Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Məclisin və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinə Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin üzvləri Mixail Zabelin, Rasim Musabəyov, Nizami Səfərov, Emin Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Bişkekin “Manas-2” hava limanında nümayəndə heyətini Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Nurbek Sadıqaliyev, xarici işlər nazirinin müavini Avazbek Ataxanov, MDB PA Şurasının Dmitri Kobitski, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax