Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib

2 dəq
Paylaş:
Sahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib

Milli Məclisin sədri Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə parlamentinin sədrinin TBMM sədrinə ünvanladığı təbrik məktubunda əksini tapıb.

Məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.

Məktubda deyilir ki, “Bir millət, İki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.

Milli Məclisin sədri Numan Kurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.

Həmin gün Sahibə Qafarovanın Numan Kurtulmuşla olub.

Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM sədrini bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax