Operativ Məlumat Mərkəzi

Şagird davranış qaydalarının tətbiqinə başlanılıb

2 dəq
Paylaş:
Şagird davranış qaydalarının  tətbiqinə başlanılıb
"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Elm və Təhsil...

"Ümumi təhsil müəssisələrində qaydaları”nın tətbiqinə başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.

Qeyd edək ki, ötən ilin oktyabr ayından başlayaraq “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib.

Layihə sənədi Elm və yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax