Operativ Məlumat Mərkəzi

Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrılıb - SƏRƏNCAM

2 dəq
Paylaş:
Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev rayonunun –Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncama əsasən, altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax