Operativ Məlumat Mərkəzi

Sabahın havası açıqlandı - 14.12.2025

2 dəq
Paylaş:
Sabahın havası açıqlandı - 14.12.2025

Azərbaycanda dekabrın 15-nə gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sabah Bakıda və yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 civə sütunundan 765 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, axşam isə dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax