Operativ Məlumat Mərkəzi

Sabahın havası açıqlandı - 06.04.2025

1 dəq
Paylaş:
Sabahın havası açıqlandı - 06.04.2025

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. cənub-şərq əsəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xidmətdən bildirilib.

Qeyd olunub ki, havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax