Operativ Məlumat Mərkəzi

Sabahın havası açıqlanıb

1 dəq
Paylaş:
Sabahın havası açıqlanıb
{"az":"Sabahın hava proqnozu Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə \"Operativ Məlumat Mərkəzi-OMM\"-ə Milli Hidrometeorologiya Xidmətindən...","en":"","ru":""}

Sabahın hava proqnozu

Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər