Operativ Məlumat Mərkəzi

Sabahın havası açıqlandı - 23.12.2023

2 dəq
Paylaş:
Sabahın havası açıqlandı - 23.12.2023

Dekabrın 24-də gözlənilən barədə məlumat açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Gündüz arabir cənub-qərb axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax