Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu - 23.05.2023

2 dəq
Paylaş:
Sabahın hava proqnozu - 23.05.2023

Mayın 24-nə açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax