Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu - 12.08.2025

2 dəq
Paylaş:
Sabahın hava proqnozu - 12.08.2025

Avqustun 13-də gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, çaxacağı ehtimalı var. Mülayim şimal-qərb gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax