Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu açıqlanıb - 27.07.2023

1 dəq
Paylaş:
Sabahın hava proqnozu açıqlanıb - 27.07.2023

Sabah Bakıda və yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Eyni zamanda sabah rayonlarında hava əsasən yağmursuz olacaq Lakin gündüz bəzi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax