Operativ Məlumat Mərkəzi

Sabahdan Amnistiya aktının icrası başlanılır

2 dəq
Paylaş:
Sabahdan Amnistiya aktının icrası başlanılır
sabah səhər saatlarından cəzaçəkmə müəsisəsində saxlanılan məhkumların bir qismi azad ediləcək. Ümumilikdə 20 min şəxsə aid ediləcək amnistiya aktının...

Sahahdan Prezidentin təşəbbüsü ilə parlamentin qəbul amnistiya aktının icrasına başlanılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sabah saatlarından cəzaçəkmə müəsisəsində məhkumların bir qismi azad ediləcək.

Ümumilikdə 20 min aid ediləcək amnistiya aktının icrası 4 ay ərzində icra edilməlidir.

Ədliyyə Nazirliyindən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.

Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi edəcək.

Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax